İnteraktiv satış platforması

Mənzili evdən çıxmadan seçin

Tikinti şirkətləri üçün brauzerdə işləyən interaktiv mənzil seçimi və interyer turu sistemi. Blokdan otağa qədər hamısı bir linkdə.

Yaşayış kompleksi: Blok A, B və C Bloku seçərək canlı demonu açın 3 blok · nümunə layihə
360°interyer turu
2D + 3Dmənzil planları
0quraşdırma, brauzerdə açılır
Nə edirik

Satış ofisini müştərinin telefonuna gətiririk

Müştəri mənzili seçir, planı görür, ödənişi hesablayır. Siz isə daha hazır müştəri ilə danışırsınız.

01

Blok və mərtəbə seçimi

Binanı və mərtəbəni interaktiv seçin. Boş və satılmış mənzillər dərhal görünür.

Blok görünüşü
02

Plan və kalkulyator

2D və 3D plan, sahələr, qiymət. İlkin ödəniş və müddəti dəyişib aylıq ödənişi görmək olar.

3D plan
03

İnteryer turu

Otaqdan otağa virtual gəzinti: qonaq otağı, mətbəx, yataq otağı.

Qonaq otağı
Planvue ilə

Nə əldə edirsiniz?

Tur və məlumat bir yerdə

Mənzilin sahəsi, otaqları, statusu və planı turdan çıxmadan görünür.

Mənzil axtarışı

Blok, otaq sayı, sahə, mərtəbə və status üzrə filtr. Boş, rezerv və satılmış mənzillər rənglə seçilir.

Baxış sifarişi

Seçilmiş mənzilin nömrəsi ilə hazır mesaj: e-poçt və ya Instagram ilə.

Mənzillərin müqayisəsi

Seçilmiş mənzillər yan-yana qoyulub sahə, plan və qiymət üzrə müqayisə olunur.

Ətraf xəritəsi

Park, məktəb, market və metro xəritədə axtarılır.

Telefonda və kompüterdə

Proqram yükləmək lazım deyil, link açılan kimi işləyir.

Nümunə layihə

Müştəri nəyi görəcək?

Aşağıdakı kadrlar canlı demodan götürülüb.

Yaşayış kompleksi
Kompleksə yuxarıdan baxış
Yataq otağı
Yataq otağı
Mətbəx
Mətbəx
Həyət
Həyət və fontan
Canlı demo

Özünüz sınayın

Bloku seçin, planlara baxın, kalkulyatoru işlədin.

Suallar

Tez-tez soruşulanlar

Planvue kimlər üçündür?

Yeni layihəsini satan tikinti şirkətləri üçün. Müştəri bloku, mərtəbəni və mənzili özü seçir, satış komandası isə hazır sorğu alır.

Başlamaq üçün bizdən nə lazımdır?

Mərtəbə və mənzil planları, mənzil siyahısı (sahə, status, istəsəniz qiymət) və layihənin vizualları. Bunlar əsasında sistemi sizin layihəyə uyğun hazırlayırıq.

Demodakı interyer bizim mənzillərdir?

Xeyr, demo nümunə layihədir. Sizin sistemdə sizin layihənizin planları və vizualları istifadə olunur.

Saytımıza qoşmaq olarmı?

Bəli. Sistemi ayrıca link kimi paylaşmaq da, saytınızın daxilinə yerləşdirmək də olar.

Müştəri nəsə yükləməlidirmi?

Xeyr. Sistem telefonda və kompüterdə brauzerdə açılır.

Müştəri mənzillə maraqlananda nə baş verir?

Demoda “Baxış sifariş et” düyməsi seçilmiş mənzilin nömrəsi ilə hazır mesaj yaradır, müştəri onu e-poçt və ya Instagram ilə göndərir.

Qiymət necədir?

Layihənin ölçüsündən asılıdır. Layihənizi yazın, təklifi birlikdə müəyyən edək.

Əlaqə

Layihəniz üçün təklif alın

Qısa yazın, layihəniz haqqında danışaq. Demonu sizin binanızla necə göstərə biləcəyimizi izah edək.

@planvue.az

Düymə e-poçt proqramınızı açır, mesaj hazır olur.

Planvue canlı demo